Vladimir Putin: “Bu il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb”

  • By ilhame
  • 03 İyul 2024 13:59

Bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

 

“Əsas məsələyə, daha doğrusu, ticari-iqtisadi qarşılıqlı fəaliyyət məsələsinə gəlincə, əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir və ticarət dövriyyəsi 4 milyard ABŞ dollarından artıqdır. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 4,5 milyard ABŞ olları təşkil edir. İlin birinci yarısında bu istiqamətdə tendensiya yaxşıdır: 13 %-lik artım”, – o bildirib.

Gununsesi.info