“Qalatasaray” belçikalı futbolçusu ilə müqavilə müddətini uzadıb

  • By ilhame
  • 03 İyul 2024 19:30

Türkiyə Superliqasında 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən “Qalatasaray” klubu Dris Mertenslə müqavilə müddətini uzadıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” 37 yaşlı oyunçu ilə 1 illik sözləşmə imzalayıblar.

 

Qeyd edək ki, belçikalı hücumçu 1 il müddətində 2 milyon 900 min avro qazanc əldə edəcək.

Gununsesi.info