Rusiya ATƏT-in Parlament Assambleyasında fəaliyyətini dayandırır

  • By ilhame
  • 03 İyul 2024 22:51

Rusiya Dövlət Duması və Federasiya Şurası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) fəaliyyətlərinin dayandırıldığını bəyan ediblər.

 

Gununsesi.info xəbər verir ki, bəyanatda bu da qeyd olunur ki, Moskva təşkilata üzvlük ödənişlərini dayandıracaq:

 

Qərəzli ayrıseçkiçilik yanaşmaları, ikili standartlar, tam rusofobiya, bərabər və bölünməz təhlükəsizliyin müzakirəsi də daxil predmetli diskussiyaya hazırsızlıq ATƏT PA-nın parlamentlərarası münasibətlər mexanizmi kimi son dərəcə deqradasiyasından xəbər verir”.

 

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının sədri Valentina Matviyenko qəbul olunmuş qərar barədə ATƏT Pa-nın hazırda Rumıniyada keçirilən sessiyasına təcili “teleqram” göndərilməsini tapşırıb. Rusiya millət vəkilləri deyirlər ki, yaranmış vəziyyətdə “son nöqtəni” Rumıniyanın Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməkdən “nümayişkəranə” imtinası qoyub.

Gununsesi.info