BMT: Sudan 20 ilin ən pis ərzaq təhlükəsizliyi ilə üzləşib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın son 20 ilin ən pis ərzaq təhlükəsizliyi ilə üzləşdiyini bildirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Vanessa Huguen mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Sudanın cənub-şərqindəki Sinnar əyalətinin Sinca bölgəsindəki qarşıdurmalar və ölkədəki təhlükəsizliksizlik səbəbindən 60 mindən çox insan qaçıb:” Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında Sincada baş verən toqquşmalardan sonra köçkünlərin çoxu şərqdən Gedaref vilayətinə gedib. Sudanda vəziyyət pisləşməyə davam edərkən, bütün ailələr hər şeyi geridə qoyaraq, qaçmaq məcburiyyətində qalır”.

Qeyd edək ki, Sinnar əyaləti Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin xalq üsyanı ilə devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə HDK arasında hakimiyyət mübarizəsi artıq bir müddətdir davam edir.

 

 

Ceyhun

Gununsesi.info