İran Tacikistanla viza rejimini ləğv edir

  • By ilhame
  • 03 İyul 2024 13:51

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

 

Gununsesi.info “Aziya-Plyus”a istinadən xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

 

Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

 

– vizasız qalma müddəti – 30 gün;

 

– səyahət növü – yalnız hava ilə;

 

– marşrut – yalnız Düşənbədən Tehrana və geriyə;

 

– fəaliyyət şərti – ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

 

Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.

Gununsesi.info