Aleksandr Lukaşenko: Qərb qlobal təhlükəsizliyi qorumaq iqtidarında deyil

“Dünyadakı qlobal ölkələr həqiqi təhlükəsizliyin qurulmasında təşəbbüs göstərməlidirlər. Əminik ki, 21-ci əsrdə həqiqi və bölünməz qlobal təhlükəsizliyin qurulması zəruridir. Orada təkbaşına məsuliyyətli qərarlar qəbul etməyə qadir olan liderlər yoxdur. Qərb qlobal təhlükəsizliyi qorumaq iqtidarında deyil”.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı deyib.

Lukaşenko qeyd edib ki, Belarusun ŞƏT-ə qoşulduğu bu gün ölkə tarixinə düşəcək.

O, həmçinin bu əlamətdar hadisənin respublikanın nasist işğalçılarından azad edilməsinin 80-ci ildönümünə təsadüf etməsini göstərici və simvolik adlandırıb.

“Bu, belarus xalqına gözəl hədiyyədir”, – deyə dövlət başçısı bildirib.

O əmin edib ki, ölkəsi birgə prioritetləri həyata keçirmək üçün ŞƏT-ə sədrliyi üzərinə götürəcək Çinlə əl-ələ verib işləməyə hazırdır.

Qeyd edib ki, Belarus öz təşəbbüslərini bu gün tərəfdaşları üçün qlobal təhlükəsizliyin ən aktual sahəsinə uyğunlaşdırmağa çalışacaq.

 

 

 

Ceyhun

Gununsesi.info