
İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya dəstək əsas müzakirə mövzularından biri olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşa televiziyasında danışıb.
O, bildirib ki, Ukraynanın dəstəyi danışıqların əsas məqamlarından biri olacaq.
Kosiniak-Kamış əlavə edib ki, alyans üzvləri hərbi xərclərin səviyyəsi ilə bağlı öhdəlikləri də müzakirə edəcəklər.
Ukrayna lideri Vladimir Zelenski Bloomberg-ə müsahibəsində Vaşinqtonda keçiriləcək alyans sammitində NATO-ya dəvətə “oxşar bir şey” almaq istədiyini bildirib.
Onun sözlərinə görə, bu cür qərarla alyans ölkələri Rusiya prezidenti Vladimir Putindən “qorxmadıqlarını” nümayiş etdirəcəklər.
Şəbnəm
Gununsesi.info