
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri üçün 40 minə yaxın seçki məntəqəsi açılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatası olan İcmalar Palatasında 650 yer bölüşdürüləcək və yerlərin əksəriyyətini qazanan partiya hökuməti qurmaq hüququ qazanacaq.
Məlumata görə, 2010-cu ildən bəri müxalifət olan 61 yaşlı Keir Starmerin rəhbərlik etdiyi Əmək Partiyası son 200 ildə ən böyük parlament seçkilərində qələbə qazana bilər.
Eyni zamanda, hakim Mühafizəkarlar Partiyası hazırda sahib olduğu mandatların demək olar ki, 70 faiz itirəcək. Üçüncü yeri Liberal Demokratlar Partiyası tutacaq.
Şotlandiya Milli Partiyasını nəticələrdə uğursuzluq gözləyir. 2024-cü ilin dekabrına olan məlumata görə, Böyük Britaniyada 46,6 milyon seçici qeydə alınıb.
Bunlardan təxminən 39 milyonu İngiltərədə, 4 milyonu Şotlandiyada, 2,3 milyonu Uelsdə və 1,4 milyonu Şimali İrlandiyadadır.
2019-cu ildə keçirilən son seçkilər zamanı səsvermədə 32 milyona yaxın insan iştirak edib.
Ceyhun
Gununsesi.info