NATO Fransadakı seçkilərdən narahatdır

NATO üzvü olan ölkələr Fransa seçkilərində ifrat sağçıların mümkün qələbəsindən narahatdırlar.

Gununsesi.info xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

Əldə olunan məlumata görə, NATO üzvləri Fransanın ifrat sağçılarının hökumətə mümkün daxil olması ilə bağlı Qərb hərbi ittifaqının birləşməsi üçün risklərdən, həmçinin Parisin Ukraynaya təsirinin və öhdəliyinin yaxın gələcəkdə zəifləyəcəyindən getdikcə daha çox narahatdır.

Alyans seçkilərdə qalib gəlmək üçün hər şansı olan Marin Le Penin Milli Mitinq partiyasının siyasəti çərçivəsində Kiyevə yardımın gələcəyindən narahatdır.

Bildirilir ki, Fransa ABŞ, Almaniya və Böyük Britaniya ilə birlikdə NATO-nun uzunmüddətli strategiyasının formalaşmasında böyük təsirə malikdir.

Ona görə də Parisin təsiri Ukraynaya yardıma qarşı çıxan Macarıstan və Slovakiyadan daha çoxdur.

Bundan əvvəl erkən parlament seçkilərində qalib gələ biləcək Marin Le Penin partiyasının lideri Cordan Bardella Kiyevi dəstəkləməyə yalnız bir şərtlə hazır olacağını bildirib ki, bu, Paris və Moskva arasında münasibətləri pisləşdirməsin.

 

 

Şəbnəm

Gununsesi.info