Türkiyə hərbçiləri daha 6 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri İraqın şimalında terror təşkilatı PKK- nın üzvü olan 6 terrorçunu zərərsizləşdirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirliyin sosial media hesabında edilən açıqlamada qeyd olunub: “Qəhrəman Türk Silahlı Qüvvələri terrorçuların üzərinə dəmir yumruq vurmağa davam edir. İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız qətiyyətlə davam edəcək. Bölgədə bir dənə də olsun terrorçu qalmamalıdır”.

 

 

Ceyhun

Gununsesi.info