Birinci xanım ABŞ seçkilərinə təsir edəcək

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil onun dairəsində seçki kampaniyasının gələcəyinə təsir edə biləcək ən nüfuzlu şəxsdir.

Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

“Prezident Bayden ABŞ-ın keçmiş lideri Donald Trampla zəif debat performansının nəticələrinin öhdəsindən gəlmək üçün sadiq məsləhətçilərin, ailə üzvlərinin və siyasi sirdaşların yaxın çevrəsinə arxalanır . Əgər Cill Bayden onu partiyadan çıxmağa çağırsa prezidentlik yarışında onun məsləhəti böyük çəkiyə malik olar”, -deyə nəşr yazır.

Qəzet qeyd edir ki, Amerikanın birinci xanımı ərinin seçki kampaniyasının davam etdirilməsinin “ən böyük dəstəkçisi” olub.

Qeyd edək ki, iyunun 30-da Jill Bayden ərinin müdafiəsinə qalxıb.

O, vurğulayıb ki, onun debatdakı çıxışı onun prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri müəyyən etmir.

 

 

Şəbnəm

Gununsesi.info