
Hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin həyat yoldaşı Böyük Britaniyanın Azərbaycandakı konsulu Edvard Kraymblla (Edward Crymble) görüşüb.
Bu barədə Gununsesi.info-ya açıqlama Fəridə Bəydəmirli deyib ki, görüşdə Nazim Bəydəmirlinin məhkəmə prosesi barədə danışıb:
“Cinayət işinin qanunsuzluqları barədə danışdım. Cənab konsul məni dinlədi və bir çox suallar verdi” deyə xanm Bəydəmirli əlavə edib:”Xahiş etdim ki, Britaniyanın rəsmiləri Azərbaycan hökuməti ilə dialoqlarında Nazim Bəydəmirlinin məsələsini də qabartsınlar. Çünki, nə Nazim bəyin özünün, nə də vəkillərinin aidiyyatı qurumlara,şəxslərə etdiyi müraciətlər nəticəsiz qalır”.
Şəbnəm
Gununsesi.info