Türkiyə Ordusu İraqda əməliyyat keçirib

  • By ilhame
  • 03 İyul 2024 13:34

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlanıb.

 

Qeyd olunub ki, əməliyyat nəticəsində altı terrorçu öldürülüb.

 

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz dəmir yumruğu terrorçuların üzərinə endirməyə davam edir. Bölgədə bircə terrorçu da qalmayanadək əməliyyatlarımız qətiyyətlə davam edəcək”, – paylaşımda bildirilib.

Gununsesi.info