
“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə qayıtsa, Rusiya prezidenti Vladimir Putinlə razılaşma naminə Şimali Atlantika Alyansının genişlənməsindən imtina edə bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə Politico-ya istinadən yazır.
Bildirilir ki, Tramp Putinə NATO-nun şərqə doğru genişlənməməsi, Gürcüstan və Ukraynanı alyansa qəbul etməməyi öhdəsinə götürdüyü saziş təklif etmək istəyir.
Tərəflər həmçinin Moskvanın Ukraynanın işğal olunmuş ərazilərinin hansı hissəsini saxlaya biləcəyi ilə bağlı danışıqlar aparacaqlar.
“Politico” mənbələrinə görə Trampın ikinci ideyası iki pilləli NATO sistemi adlanan sistemdir. Buna görə, müdafiə xərcləri ÜDM-in 2%-nə çatmayan alyansa üzv ölkələr “ABŞ-ın müdafiə və təhlükəsizlik zəmanətlərindən istifadə etməyəcək”.
Beləliklə, bu dövlətlər müttəfiqlik müqaviləsinin beşinci maddəsinə tabe olmayacaq. Çünki blokdakı müttəfiqlər münaqişəyə hücuma məruz qalan ölkənin tərəfində olmalıdırlar.
Eyni zamanda Tramp komandasının üzvləri qeyd edirlər ki, bu maddə kifayət qədər çevikdir və heç bir üzvdən öz ordusundan istifadə etməyi tələb etmir.
Keçmiş prezidentin komandasındakı iki yüksək vəzifəli məmur bildirib ki, onun ikinci müddətində ABŞ Almaniya, İngiltərə və Türkiyədəki hava qüvvələrini və bazalarını, eləcə də donanmasını qoruyaraq Avropa üzərində “nüvə çətiri” saxlayacaq.
Eyni zamanda piyadaların, zirehli texnikanın, logistikanın və artilleriyanın əsas hissəsi Avropa dövlətlərinin məsuliyyətinə çevriləcək. Bununla da Vaşinqtonun Avropa təhlükəsizliyində rolu azalacaq.
Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı müharibənin tez bir zamanda bitməsinə nail olmaq niyyətindədir.
Bildirilir ki, iyunun 27-də ABŞ prezidenti Co Baydenlə seçkiqabağı debatda Tramp yenidən söz verdi ki, əgər yenidən seçilərsə, münaqişəni çox tez bitirə bilər – hətta rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl.
Eyni zamanda o qeyd edib ki, Vaşinqton Ukraynadakı müharibəyə görə pul xərcləməməlidir.
Müzakirələr zamanı Tramp həmçinin Vladimir Putinin hərbi əməliyyatları dayandırmaq üçün təklif etdiyi “sülh planını” rədd edib. Bu, digər məsələrlər yanaşı, Ukrayna qoşunlarının Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını, Kiyevin NATO-ya üzv olmaqdan imtinasını və Rusiyadan sanksiyaların ləğvini nəzərdə tutur.
Bundan əvvəl məlum olub ki, Trampın iki əsas müşaviri Ukraynadakı hərbi münaqişənin həlli üçün onun üçün plan hazırlayıb.
Sənədə əsasən, ABŞ-ın keçmiş prezidenti qarşıdan gələn seçkilərdə qalib gələrsə, Amerika silahlarının tədarükünü dayandırmaq təhlükəsi altında Kiyevdən Moskva ilə sülh danışıqlarına başlamağı tələb edə bilər.
Eyni zamanda, təşəbbüs Moskvanın danışıqlardan imtina edəcəyi təqdirdə Vaşinqtonun Kiyevə dəstəyini gücləndirməyi nəzərdə tutur.
Bu halda hər iki tərəf “mövcud cəbhə xətti” boyunca hərbi əməliyyatları dayandırmalı olacaq.
Bildirilir ki, debatın nəticələrinə görə tamaşaçılar daha çox Trampa üstünlük veriblər: amerikalıların 67%-i ona, 33%-i isə Baydenə səs verib.
Eyni zamanda, Demokratik Partiya hazırkı prezidentin fəaliyyətini uğursuzluq kimi qiymətləndirir və onun yerinə fəal şəkildə daha aktiv birini axtarır.
Çünki Baydenin büzülmüş səsi, daimi tərəddüdləri və oriyentasiyasının pozulması onun ölkəyə rəhbərlik qabiliyyətini şübhə altına alır.
Şəbnəm
Gununsesi.info