
İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələri İsrailin Qəzza zolağında hərbi əməliyyatına son qoymağa çağırıb.
Gununsesi.info-nun məlumatına görə, o, bu barədə Astanada ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bildirib.
“Biz bütün ölkələrin, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin İsrailin hərbi cinayətlərinə dərhal son qoymağa dəstək məqsədilə təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq”, – deyə Məhəmməd Möhbər söyləyib.
Ceyhun
Gununsesi.info