
“Hazırda Şərqi Avropa regionunda hərbi-siyasi vəziyyət böhran kimi xarakterizə olunur”.
Gununsesi.info-nun məlumatına görə, bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında səsləndirib.
“Bu gün Şərqi Avropa regionunda hərbi-siyasi vəziyyət böhran kimi səciyyələnir, münaqişə mərhələsinə keçid üçün ilkin əlamətlər var”, – deyə V.Xrenin vurğulayıb.
O, qeyd edib ki, Qərb ölkələrinin destruktiv siyasəti nəticəsində vəziyyət nüvə münaqişəsinə çevrilə bilər: “Qərb dövlətlərinin koalisiyası məqsədyönlü şəkildə Birlik dövlətlərinə ünvanlanmış aqressiv rəvayətləri irəli sürərək, münasibətlərin pozulmasına doğru gedir. Bu, regional təhlükəsizlik arxitekturasının faktiki olaraq dağıdılması kontekstində nüvə silahının istifadəsinə qədər açıq silahlı qarşıdurmaya gətirib çıxara bilər”.
Ceyhun
Gununsesi.info