Belarus Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü oldu

Belarus Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olduğu elan edilib.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ŞƏT-in sammitində məlumat verib.

“Belarus Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyü barədə qərar qəbul edilib”, – Tokayev respublikanın ŞƏT-ə qəbulu haqqında sənədi imzaladıqdan sonra deyib.

Bununla bağlı Qazaxıstan lideri Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Xatırladaq ki, iyulun 4-də Astanada ŞƏT sammiti işə başlayıb.

Hazırda təşkilat 26 ölkədən – 10 üzv dövlət, 2 müşahidəçi və 14 dialoq tərəfdaşından ibarətdir.

 

 

Ceyhun

Gununsesi.info