
“Telegram”ın yaradıcısı Pavel Durov 12 cinayətdə ittiham olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə prokurorluğun saytında dərc olunmuş press-relizdə bildirilir.
Paris prokurorluğunun məlumatına görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb və həbs müddəti avqustun 28-də başa çatır.
Pavel Durovun ittiham edildiyi cinayətlərin bəziləri aşağıdakılardır:
– mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;
– hüquq-mühafizə orqanlarının tələbi ilə ibtidai araşdırmanın aparılması və istifadəsi üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;
– yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanmasında iştirak;
– narkotiklərin yayılmasında iştirak;
– kibercinayətlərdə iştirak;
– mütəşəkkil cinayətkar qrupların tərkibində dələduzluqda iştirak.
Gununsesi.info