İlon Maska qarşı qəyyumluq iddiası - FOTO

  • By Günel
  • 22 Fevral 2025 16:10

SpaceX və Tesla şirkətlərinin yaradıcısı, dünya şöhrətli milyarder İlon Mask 13-cü dəfə ata olub. Maskın körpəsini 5 ay əvvəl dünyaya gətirdiyini açıqlayan yazıçı Ashleyi St. Clair milyarderə qarşı həbs iddiası qaldırıb.

ABŞ prezidenti Donald Trampın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etdiyi milyarder iş adamı İlon Mask şəxsi həyatı ilə də gündəmdədir. 53 yaşlı Mask keçən il Neuralink beyin çipinin implantasiyası şirkətinin icraçı direktoru Şivon Zilisdən uşaq dünyaya gətirdikdən sonra yenidən ata olub.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, yazar Ashley St. Clair ümumilikdə 12 uşağı olan İlon Maskdan körpəsi olduğunu açıqlayıb.

Elon Musk'a velayet davası - 2

Ashley St. Clair, kiçik oğlunun qəyyumluğu üçün İlon Maskı məhkəməyə verib. Fevralın 21-i cümə günü Nyu-York Ali Məhkəməsinə müraciət edən 26 yaşlı yazar ərizəsində Maskın 2024-cü ilin sentyabrında doğulan uşağın atası olduğunu bildirib.

Clair “R.S.C.” adlı körpənin doğulmasında iştirak etmədiyini və onunla cəmi üç dəfə görüşdüyünü, baxım və tərbiyəsində heç bir rolu olmadığını iddia edib.

Elon Musk'a velayet davası - 3

Maskın R.S.C.-nin atası olduğunu bildirən yazar, Maskls 2023-cü ilin mayında görüşməyə başladığını bildirib. Clair qeyd edib ki, Mask müxtəlif yazışmalarda uşağın atası olduğunu etiraf edib.

O doğuşdan qısa müddət sonra Maska özünün və körpəsinin fotosunu göndərdiyini və Maskın: “Bu həftə sonu sizi və onu görməyi səbirsizliklə gözləyirəm” cavabını verdiyini bildirilib. Ancaq Maskın:

“Təhlükəsizliklə bağlı səhv etsəm, körpə heç vaxt atasını tanımayacaq” dediyi də iddia edilib.

“X” platformasında paylaşım edən yazar, təxminən beş ay əvvəl Maskla uşaq sahibi olduqlarını bu sözlərlə açıqlayıb:

“Beş ay əvvəl bir körpə dünyaya gətirdim. Atası İlon Maskdır. Övladımızın şəxsi həyatını və təhlükəsizliyini qorumaq üçün bunu əvvəllər açıqlamamışdım, ancaq son günlərdə məlum oldu ki, media bunun vuracağı zərərdən asılı olmayaraq bunu açıqlamağı planlaşdırıb”.

Qeyd edək ki, Maskın Nevada, Vivian, Griffin, Kai, Saxon, Damian, X Æ A-12, Exa, Strider, Azure, Techno və R.S.C. adlı uşaqları var.

Günel Həsənova

Gununsesi.info