“Əskişəhərspor”un ilk tribuna lideri “Amiqo Orhan” öldü - FOTOLAR

  • By Günel
  • 22 Fevral 2025 15:23

“Əskişəhərspor” tribunalarının əfsanəvi lideri, Amiqo Orhan ləqəbi ilə tanınan Türkiyə futbolunun ilk lideri Orhan Erpek dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Orhan Erpek 10 gün əvvəl beynində laxtalanma nəticəsində qismən iflic olub. Xəstəxanaya aparılan Erpek təxminən 10 gün reanimasiyada müalicə olunduqdan sonra evə buraxılıb. Evdə müalicə alan Erpek bu gün 87 yaşında dünyasını dəyişib.

“Əskişəhərspor” klubu sosial media hesabından paylaşım edərək Erpekin ölümünü açıqlayıb.

Klubdan verilən açıqlamada bildirilib:

“Klub tariximizin ən dəyərli və əfsanəvi adlarından biri, türk futbolunun lideri Amiqo Orhanın vəfat etdiyini böyük kədərlə öyrəndik:

“Orxan Erpekə Allahdan rəhmət diləyir, ailəsinə, mərhumun yaxınlarına və bütün ictimaiyyətə başsağlığı veririk”.

Amigo Orhan kimdir? Orhan Erpek kaç yaşında, neden öldü? Türkiye'nin ilk amigosu hayatını kaybetti

Əskişəhər Böyükşəhər Bələdiyyə Başçısı Ayşe Ünlücü də Eskişehirspor Klubunun prezidenti Ulaş Entokla dünən Orhan Erpeki evində ziyarət edərkən çəkilmiş fotosunu paylaşaraq başsağlığı mesajı yayımlayıb.

Amigo Orhan kimdir? Orhan Erpek kaç yaşında, neden öldü? Türkiye'nin ilk amigosu hayatını kaybetti - 1. Resim

O mesajında ​​bildirib:

“Çox təəssüf edirəm. Dünən Əskişəhərspor tribunasının lideri Amiqo Orxanı, əziz ağsaqqalımız Orxan Erpeki itirdiyimiz xəbərini aldıq, əlini tutduq, keçmiş olsun diləklərimizi çatdırdıq. Mərhuma Allahdan rəhmət, dəyərli ailəsinə, xüsusən də xanımına və bütün sevənlərinə səbr diləyirəm. Başımız sağ olsun”.

Günel Həsənova 

Gununsesi.info