Çingiz Aytmatovun qardaşı vəfat edib

  • By Günel
  • 27 Avqust 2024 09:14

Alim, geoloji kəşfiyyat və mədənçıxarma sahəsində tədqiqatçı İlgiz Törekuloviç Aytmatov 94 yaşında vəfat edib.

Gununsesi.info vest.kg-ya istinadən xəbər verir ki, İlgiz Törekuloviç bu gün səhər saatlarında dünyasını dəyişib.

O, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun kiçik qardaşıdır. 200-dən çox elmi məqalənin, 15 ixtiranın və bir elmi kəşfin müəllifidir.

 

Gununsesi.info