
Almaniyanın AŞ PA_dakı nümayəndə heyətinin üzüvü Frank Şvabe növbəti dəfə Azərbaycanı tənqid edib.
Gununsesi.info–un xəbərinə görə, o xarici mediaya müsahibəsində Azərbaycanın AŞ PA-dan birdəfəlik getmək istədiyini deyib: “Azərbaycan Avropa Şurasının üzvü olmaq istəmir. Biz bunu həbslərin davamlı olmasında və hökumətin addımlarında görürür” deyə Şvabe bildirib.
Milli Məclisin deputatı Naqif Həmzəzyev isə Gununsesi.info-ya açıqlamasına bildirib ki, Azərbaycanla bu qurum arasında yaranan gərginliyin real səbəbləri var: “Avropa Şurasına üzv ölkələr eyni statuslu ölkələrdir. Amma bizə orada ikinci, üçüncü dərəcəli dövlət kimi baxırlar. Azərbaycan öz topraqlarını azad edəndə AŞ PA-dan təzyiqlər rastlaşdı. AŞ PA insan haqları ilə bağlı əməkdaşlıq yox, ittiham siyasəti yürütdü. Bütün bunlar bizim bu qurumla münasibətlərimizi indiki vəziyyətə gətirib”.
Naqif Həmzəyev deyir ki, hazırda istintaq altında olan adamların dərhal azad edilməsi tələbi də qanuni deyil: “Hər bir prosesin özünün mərhələsi olur. İstintaq dövrü üçün prosessual müddət var. Bunlar başa çatmadan siyasi çağırışla bu addımı atmaq qanuni yol deyil”.
Elmar
Gununsesi.info