Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Nijnyaya Parovaya və Neçayevi azad edib

  • By Günel
  • 27 Avqust 2024 10:47

Rusiya Silahlı Qüvvələri Kursk vilayətində iki yaşayış məntəqəsini – Nijnyaya Parovaya və Neçayevi azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinov məlumat verib.

“Sevinclə demək istərdim ki, Arbat bölməsi bu gün Nijnyaya Parovaya və Neçayevi – iki yaşayış məntəqəsini tamamilə təmizləyib, 1427-ci alay da onların ardınca gedib. Məlum olub ki, bu ərazi də təmizlənərək nəzarətə götürülüb”, – deyə Alaudinov bildirib.

O, həmçinin düşmənin xeyli itki verdiyini, bəzi hərbi texnikanın məhv edildiyini vurğulayıb.

 

Gununsesi.info