Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

  • By Günel
  • 27 Avqust 2024 10:55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Anar Ağabəyov vəzifəsindən azad edilib.

Gununsesi.info Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Digər əmrlə, Nicat Həsənov SHXÇDX-nin Xətai rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, N.Həsənov bundan əvvəl Dövlət Xidmətinin Binəqədi və Sabunçu rayon idarələrinin rəisi olub.

 

Gununsesi.info