Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

  • By Günel
  • 27 Avqust 2024 10:04

Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.

 

Gununsesi.info