
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Qarabağın separatçı liderlərinə xəbərdarlıq edib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistanda olan Qarabağ köçkünlərini Yerevanda keçirilən antihökumət etirazlarında iştiraka cəlb edirlər.
“Paşinyan bu həftə təhlükəsizlik qüvvələri ilə onun istefasını tələb edən etirazçılar arasında baş vermiş qarşıdurmanın ardınca parlamentdə keçirilən qızğın debatlarda Qarabağ separatçıları barədə eyni ittihamları səsləndirmişdi. O iddia etmişdi ki, ermənilərin Qarabağdan kütləvi köçünə məhz separatçı liderlər təkan veriblər” deyə erməni mətbuatı yazır.
Paşinyanın fikrincə, Qarabağ qüvvələri Azərbaycanın hücumuna qarşı ona görə çıxmayıblar ki, separataçı liderlər və Ermənistan müxalifəti Qarabağ ermənilərinin Ermənistana kütləvi köçünü və nəticə etibarilə onlardan Yerevan hökumətinin devrilməsində istifadə olunmasını istəmişdilər.
Paşinyan parlamentdə uca səslə “onlar qorxaq fəraridirlər” demişdi.
arabağ separatçı rejiminin son “prezidenti” Samvel Şahramanyan iyunun 14-də Paşinyanın ittihamlarını rədd edib. Şahramanyan deyib ki, Qarabağ erməniləri 2023-cü ilin sentyabr hadisəsi zamanı özlərini təklənmiş hiss ediblər:
“…Mən artıq çıxışlarımda bunu demişəm. Biz bir neçə saatın içində tamamilə tək qaldığımızı, bizdən sayca 1:12 nisbətində çox olan Azərbaycan qüvvələrinə müqavimətin mümkünsüzlüyünü, həyatımızı xilas eləməli olduğumuzu anladıq”.
Şahramanyan həm də polisi iyunun 12-də arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında etirazçılara qarşı “aşırı zor” işlətməkdıə ittiham edib.
O israr edib ki, Qarabağ qaçqınlarının dinc nümayişlərdə iştirak üçün “hüquqi və mənəvi haqları” var, çünki onlar da Ermənistan vətəndaşlarıdır.
Baş nazir Paşinyan iyunun 13-də keçirdiyi hökumət müşavirəsində “Qarabağın dindar-feodal elitasını” kəskin tənqid etmişdi:
“Biz çox səbirli və tolerantıq, amma heç kim bunu hökumətin zəifliyi kimi qavramamaldır. Dünən mən Milli Məclisin uca tribunasından da demişdim. Ümid edirəm ki, bu mesajların ünvanlandığı adamlar mesajları başa düşəcəklər, bizi gücə əl atmağa məcbur etməyəcəklər…”
Afət Abbasova
Gununsesi.info