
“Ermənistan əhalisi mübarizədən, əzab-əziyyətdən və sağ qalmağa çalışmaqdan yorulub”.
Gununsesi.info “News.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, xalqın əsl ideologiyası belədir:
“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Sadəcə yaşamaq istəyirik”.
Onun fikrincə, dövlət “əbədi mübarizə” üçün tramplin deyil, xoşbəxtlik və rifahı təmin edən alətdir.