Ukrayna Rusiyanın yanacaq-enerji infrastrukturuna hücumları davam etdirir - SON 2 GÜNDƏ VURULAN OBYEKTLƏR

  • By admin
  • 20 İyun 2024 14:00
Ukrayna Rusiyanın yanacaq-enerji infrastrukturuna hücumları davam etdirir.
Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, son 2 gün ərzində aşağıdakı sənaye obyektlərində böyük yanğınlar qeydə alınıb:
– Rostov vilayətindəki Azov neft bazası:
– Krasnodar diyarının Temrük rayonunda yerləşən “Yuqneftximtranzit” müəssisəsinin terminalı;
– Tambov vilayətindəki Platonov neft bazası;
– Adıgey Respublikasındakı Enem neft bazası;
– Krasnodar diyarındakı Afipsk neftayırma müəssisəsi.  Bildirilir ki, burada ildə 7 milyon ton neft emal olunur.
Məlumatlarda qeyd olunur ki, əməliyyatlarda təkcə dronlardan deyil, “Neptun” raketlərindən də istifadə edilib.
Afət Abbasova
Gununsesi.info