Beynəlxalq tədqiqatçılar: Yerevan bir sıra iqtisadi göstəricilərinə görə Bakıdan geri qalır

  • By Günel
  • 14 Oktyabr 2024 22:14

Ermənistanın paytaxtı Yerevan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.

Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, bu, dünyaca məşhur “Numbeo” statistika resursu ekspertlərinin araşdırmasında yer alıb.

Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı Yerevandan 50,1 % aşağıdır. Eyni zamanda Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər Yerevandan 26,0 % aşağıdır.

“Numbeo”nin ekspertləri həmçinin Bakıda ərzaq məhsullarının qiymətinin Yerevandan 20,0 % ucuz olduğunu müəyyənləşdiriblər. Araşdırmanın nəticələrinə əsasən Azərbaycan paytaxtında sakinlərin alıcılıq qabiliyyəti Yerevan sakinlərindən 36,7 % yüksəkdir.

Gununsesi.info