“ABŞ-dan çağırış: “Dərhal Livanı tərk edin”

  • By Günel
  • 14 Oktyabr 2024 22:24

ABŞ öz vətəndaşlarını Livanı dərhal tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  ABŞ-ın Livandakı səfirliyinin bəyanatında deyilir.

Açıqlamada səfirliyin Beyrutu tərk edən vətəndaşlar üçün istənilən sayda uçuşlar təşkil edəcəyi vurğulanıb.

Xatırladaq ki, oktyabrın 12-də İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində BMT-nin iki sülhməramlısı yaralanıb. BMT-nin baş katibi Antonio Quterreş və bir sıra Qərb ölkələrinin nümayəndələri İsrail ordusunun hücumunu pisləyiblər. Avropa diplomatiyasının rəhbəri Josep Borrell İsraildən açıqlama tələb edib.

Gununsesi.info