
İngiltərədəki Hüquqi Yardım Agentliyinin onlayn rəqəmsal xidmətləri sındırıldıqdan sonra yüz minlərlə insanın şəxsi məlumatlarına daxil olduğu açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya Ədliyyə Nazirliyi aprel ayında Hüquqi Yardım Agentliyinin haker hücumuna məruz qaldığını və cinayət qeydləri də daxil olmaqla məlumatların yükləndiyini təsdiqləyib. Bildirilib ki, “əhəmiyyətli” kiberhücum zamanı əldə edilən və endirilən şəxsi məlumatlara İngiltərə və Uelsdə 2010-cu ilə aid yüz minlərlə insanın maliyyə məlumatları var. “
The Guardian” qəzetinin məlumatına görə, səlahiyyətlilər ələ keçirilən məlumatların əlaqə məlumatları və ünvanları, doğum tarixləri, şəxsiyyət vəsiqələri, cinayət qeydləri, iş statusu və maliyyə məlumatları ola biləcəyini etiraf ediblər. Hakerlər 2,1 milyon məlumat əldə etdiklərini iddia ediblər, baxmayaraq ki, bu rəqəm hələ təsdiqlənməyib.
Britaniya səlahiyyətliləri hesab edirlər ki, kiberhücum dövlət aktyoru deyil, cinayət təşkilatının işidir. Vəziyyət hüquqi yardım üçün müraciət edən yüz minlərlə insan və zərərçəkmişlər arasında narahatlıq yaradıb.
Orxan