Cənubi Koreyada bıçaqlı hücum

Cənubi Koreyanın Gyeonggi bölgəsində bıçaqlı hücumlar nəticəsində 2 nəfər ölüb. Polis qaçan hücumçunu saatlar sonra saxlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya polisi Gyeonggi şəhərində törədilən hücumda 4 nəfərin bıçaqlandığını, 2 nəfərin öldüyünü bildirib. Hücumdan sonra şübhəli saxlanılıb.

Hücum bu gün yerli vaxtla saat 09:30 radələrində baş verib. Şübhəli kişi hadisə yerindən qaçmazdan əvvəl mağaza sahibini və 60 yaşlarında olan qadını bıçaqlayıb. Hadisə yerinə gələn polis şübhəlinin istifadə etdiyi avtomobilin sahibinin evinə gedib və orada da meyit aşkarlayıb. Siheung Polis Departamentinin rəsmisi AFP xəbər agentliyinə bildirib ki, onlar meyitin avtomobilin sahibinə aid olduğuna inanırlar. Cəsədin günlərlə orada olduğu güman edilərkən, bıçaqlı təcavüzkar iki saat sonra növbəti hücumu həyata keçirib. Təcavüzkar 70 yaşlarında olan kişini bıçaqlayaraq hadisə yerindən qaçıb. Bundan az sonra şübhəlinin evində cansız cəsəd tapılıb.

Polis səlahiyyətliləri hücumda yaralananların xəstəxanada müalicəsinin davam etdiyini və yaralıların sağalma prosesində olduğunu bildirib.

Polis şübhəlinin bütün cinayətlərini etiraf etdiyini bildirib.

Orxan

Gununsesi.info