Türkiyə-ABŞ Suriya görüşünün tarixi müəyyənləşib

Türkiyə-ABŞ-Suriya İşçi Qrupunun toplantısı sabah Vaşinqtonda keçiriləcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Xarici işlər nazirinin müavini Nuh Yılmaz və amerikalı həmkarı Kristofer Landau həmsədrləri altında qurumlararası formatda keçiriləcək görüşdə Türkiyə və ABŞ-ın Suriya siyasətlərindəki prioritetlərinin müzakirə olunacağı , Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasına yönəlmiş əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir.

İclasın gündəmində İŞİD və digər terror təşkilatlarına qarşı mübarizənin olacağı gözlənilir. Bu çərçivədə Suriya rəhbərliyinə verilən dəstəyin və DEAŞ-la mübarizədə Türkiyənin öncülük etdiyi regional səylərin müzakirə edilməsi planlaşdırılır.

Orxan

Gununsesi.info