Fransa sahillərində miqrant qayığı batıb, 1 nəfər ölüb

La-Manş boğazında miqrant qayığının batması nəticəsində 1 nəfər ölüb, 61 nəfər, o cümlədən hipotermiyadan əziyyət çəkən ana və uşaq xilas edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, La-Manş boğazını keçməyə cəhd edən miqrant qayığı Fransa sahillərində batıb . Bir nəfər həyatını itirərkən, 60-dan çox adamın xilas edildiyi açıqlanıb.

Sky News-un məlumatına görə, xilas edilənlər arasında uşaq və anası da var. Hipotermi olduğu aşkarlanan ana və uşaq hadisədən sonra helikopterlə xəstəxanaya aparılıb. Xilas edilən digərləri isə Kaledən təxminən 30 kilometr cənubda yerləşən Bulon-sur-Merə aparılıb.

Orxan

Gununsesi.info