Kərəm Mustafayev “xidmətə uyğunsuz” dediyi zabitə məhkəmədə uduzdu…

“Tərəfimdən Şirvan İnzibati Məhkəməsinə verilmiş iddia tələbi təmin edilmiş, MN-nin zabitinin pozulmuş hüquqları bərpa edilmişdir”.
Bu sözləri Gununsesi.info-ya verdiyi açıqlamada vəkil Riçard İsmayılov deyib:
“Belə ki, MN-nin Əlahiddə Ümumqoşun Ordunun “baş leytenant” rütbəli zabitinin “öz arzusu ilə” SQ-dən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etməsinə baxmayaraq, ƏÜO-nun sabiq komandanı Kərəm Mustafayev tərəfindən zabitin “xidməti uyğunsuzluğa görə” SQ-dən ehtiyata buraxılmasına dair təqdimatı MN-nə göndərilmiş, bu qanunsuz təqdimata əsasən zabitin hüquqları pozulmuş və o, “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “xidməti uyğunsuzluğa görə” bəndi ilə ehtiyata buraxılmışdır”, – deyə o, bildirib.
Vəkil zabitin hüquqlarının necə bərpa etməsini deyib:
“Təqdim olunmuş sübutlar əsasında Şirvan İnzibati Məhkəməsinin hakimi Pərvanə xanım Qurbanova işi tam, hərtərəfli və obyektiv araşdıraraq, MN-nin qeyd olun əmrdə “xidməti uyğunsuzluğa görə” bəndin “öz arzusu ilə” bəndinə dəyişdiklik edilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasıi barədə qərar qəbul etmiş, bununla da, zabitin pozulmuş hüquqları bərpa edilmişdir”.
Riçard İsmayılov son olaraq bildirib:
“Məhkəmələrin ədalətli qərarları cəmiyyətimizin həssas qrupuna aid olan üzvlərinin (hərbi qulluqçuların) məhkəmələrə olan inamı möhkəmləndirir, məhkəmə sistemində həyata keçirilən islahatların müsbət nəticəsini əks etdirir”.