İstanbul danışıqlarından sonra kritik təmas: Tramp bu gün Putin və Zelenski ilə danışacaq

Ukrayna və Rusiya nümayəndələrinin İstanbuldakı görüşündən sonra Tramp Putinlə kritik görüş keçirəcək. Tramp daha sonra Zelenski və NATO üzvləri ilə danışacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacaq .

“Görüşün mövzuları ticarət və orta hesabla həftədə 5000-dən çox rus və ukraynalı əsgərin ölümünə səbəb olan qan gölünün dayandırılması olacaq”, – Tramp şənbə günü Truth Social hesabında deyib.

Bu barədə cümə günü İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında təkbətək danışıqlardan sonra açıqlama verilib. İki ölkə son üç ildə ilk dəfə birbaşa danışıqlar aparıb.

Tramp bundan əvvəl Putinlə birbaşa danışana qədər sülh danışıqlarında ciddi irəliləyişin olacağını düşünmədiyini bildirmişdi.

“İstəsəniz də, istəməsəniz də, mən Putinlə görüşənə qədər heç nəyin baş verəcəyinə inanmıram”, – Tramp həftənin əvvəlində jurnalistlərə deyib.

Orxan

Gununsesi.info