Böyük Britaniyanın qida təhlükəsizliyi xəbərdarlığı: Məşhur brend rəflərdən çıxarılır

Böyük Britaniyanın bir supermarketi Alesto meyvə və qoz-fındıq çubuqlarının bəzi partiyalarını, tərkibində plastik olduğu üçün rəflərdən çıxarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin aparıcı supermarketlərindən biri olan Lidl plastik yad cisim riski səbəbiylə Alesto Raw Fruit and Nut Bars adlı qəlyanaltıları geri çağırdığını açıqlayıb.

Geri çağırılan məhsullara kakao və portağal, qaragilə və duzlu karamel ətirli barlar daxildir.

Lidl verdiyi açıqlamada: “Plastik yad cisimlərin olma ehtimalı səbəbiylə bu məhsulları istehlak etməmək şiddətlə tövsiyə olunur. Məhsulu alan müştərilər məhsulları tam geri qaytarmaq üçün özlərinə yaxın olan Lidl mağazasına qaytara bilərlər. Yaranan narahatçılığa görə üzr istəyirik”deyib.

Supermarket həmçinin vurğuladı ki, İngiltərədəki mağazalarındakı digər Alesto məhsulları bu geri çağırışdan təsirlənmir.

Qida Standartları Agentliyi istehlakçılara məhsul alarkən son istifadə tarixlərinə və mümkün allergen etiketlərinə diqqətli olmaları barədə xəbərdarlıq edir. Bundan əlavə, bütün cari geri çağırış siyahıları agentliyin rəsmi saytında izlənilə bilər.

Orxan

Gununsesi.info