Anar Məmmədlinin məhkəməsi başlayır

Bir neçə ay əvvəl həbs edilən, insan hüquqları fəalı, hüquq müdafiəçisi Anar Məmmədlinin cinayət işi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, 26 may 2025-ci il, saat 11:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədli işi üzrə hazırlıq iclası təyin edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatına verilib.

Xatırladaq ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin azad edilməsi üçün Azərbaycan hökumətinə çağırış edib.

Gununsesi.info