
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-də Ermənistana rəsmi səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
XİN rəhbəri səfər çərçivəsində erməni həmkarı Ararat Mirzoyan, ölkənin Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüş keçirəcək.
Lavrovun İrəvana səfəri iki gün davam edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun İrəvana səfərinə hazırlıq getdiyini açıqlamışdı.