Roma Papasının vəziyyəti ağırdır

  • By Günel
  • 26 Fevral 2025 08:19

Papa Fransiskin səhhəti çərşənbə axşamı axşam saatlarına kimi kritik, lakin sabit olaraq qalır.

Gununsesi.info xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın rəsmi portalı “Vatican News” məlumat yayıb.

“Pontifikin vəziyyəti hələ də kritik, lakin sabitdir”, – məlumatda deyilir.

Qeyd olunur ki, 88 yaşlı pontifik heç bir yeni tənəffüs tutması keçirməyib, onun hemodinamik göstəriciləri sabitdir. Bazar günü Papaya böyrək çatışmazlığı diaqnozu qoyulub, o ağır vəziyyətdə idi.

Xatırladaq ki, yanvarda Papa bronxit xəstəliyinə tutulub. Xəstəliyi xroniki xarakter aldığı üçün fevralın 14-də Romadakı “Aqostino Gemelli” klinikasına yerləşdirilib. Rentgen və laborator müayinələrdən sonra onun da ikitərəfli pnevmoniya olduğu müəyyən edilib.

Gununsesi.info