
İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək “UFC on ABC: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü, yarım ağır çəki dərəcəsində keçmiş dünya çempionu Camal Hill Bakıya gəlib.
Gununsesi.info xəbər verir ki, döyüşçü komandası ilə birlikdə Azərbaycan paytaxtındadır.
UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.
Qeyd edək ki, Camal Hillin iyunun 19-da gəlişi gözlənilirdi. Lakin həmin gün o, İsrail – İran gərginliyi ilə əlaqədar təyyarəyə minməkdən imtina edib.