Qarabağda mina partlayışı: 4 yaralımız var – XİN-dən bəyanat

  • By Günel
  • 06 Aprel 2025 14:50

Bu gün baş verən daha bir mina partlayışı nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

“2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər həlak olub və ya yaralanıb.

Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti mina təmizləmə prosesinin təcili və vacib olduğunu tanımağa, ölkəmizin bu istiqamətdə gördüyü səylərə dəstək verməyə çağırır. Eyni zamanda, Ermənistanın genişmiqyaslı və qəsdən həyata keçirdiyi mina çirklənməsinə görə məsuliyyətə cəlb olunması tələb olunur. Bu mina təhlükəsi günahsız insanların həyatını təhlükəyə atır və post-münaqişə bərpa prosesini ciddi şəkildə əngəlləyir”, – XİN-in paylaşımında deyilir.

Gununsesi.info