Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artdı

  • By Günel
  • 05 Aprel 2025 19:58

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 455 nəfərə çatıb, daha 4 840 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 214 nəfər itkin düşənlər siyahısındadır.

Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti onun maqnitudasını 8.2 bal gücündə qiymətləndirib. Zəlzələ Tailandda da fəsadlar törədib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

Gununsesi.info