
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin yaxınlığında qeydə alınıb.
1999-cu il təvəllüdlü S.Bayramov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun siqaret üstündə düşən mübahisə nəticəsində bıçaqlandığı qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.