Mask Trampın rüsumlarına qarşı çıxdı

  • By Günel
  • 06 Aprel 2025 12:49

Amerikalı milyarder və ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkə Prezidenti Donald Trampın siyasətinə zidd olaraq, Avropa İttifaqı (Aİ) ilə azad ticarət zonası yaratmağa çağırıb.

Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, o bunu İtaliyada keçirilən “Liqa konqresi”ndə videoformatda çıxışı zamanı deyib.

İ.Mask ABŞ və Avropanın sıfır tarif vəziyyətinə keçməli olduğuna dair razılaşma əldə edəcəklərinə ümid etdiyini bildirib:

“Aİ-dəki hərəkət və işlə təmin etmə azadlığını ABŞ-yə də şamil etmək lazımdır”.

İ.Maskın sözlərinə görə, o, D.Trampa müvafiq məsləhəti verib.

Gununsesi.info