Neft şirkətində hadisə: fəhlənin barmaqları kəsildi

  • By Admin2
  • 05 Aprel 2025 17:16

Salyanda fəhlə iş zamanı ağır xəsarət alıb.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə “Salyan OİL LTD” şirkətində baş verib.

Burada fəhlə işləyən Kolanı kənd sakini 31 yaşlı B. Babayevin sağ əli dəmir boru bağlayan aparatın arasında qalıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib və onun 2 barmağı amputasiya edilib.

Gununsesi.info