Arvadının qulağını kəsən ər tutuldu

  • By Günel
  • 05 Aprel 2025 23:06

Bakıda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. (APA)

Gununsesi.info