İran prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bildirdi

  • By Günel
  • 05 Aprel 2025 23:21

İran Prezidenti Məsud Pezeşkian Tehranın Vaşinqtonla bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb .

Nazirlər Kabineti üzvləri qarşısında çıxış edən M.Pezeşkian İslam Respublikasının qarşılıqlı hörmət əsasında danışıqlar aparmaq istəyini vurğulayıb.

O deyib: “İran İslam Respublikası bərabər şərtlərlə dialoq istəyir. Əgər danışıqlar istəyirsənsə, hədələmənin nə mənası var?”.

Dövlət başçısı ABŞ-nin xarici siyasətini də pisləyib və deyib ki, Amerika təkcə İranın suverenliyini tapdalamır, həm də bütün dünyanı təhqir edir.

Bununla belə, o, Tehranın Vaşinqtonla birbaşa danışıqlarda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib .

Gununsesi.info