Özgür Özəl yenidən CHP-nin sədri seçildi

  • By Günel
  • 06 Aprel 2025 15:52

Bu gün keçirilən Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayında səslərin sayılması başa çatıb.

Gununsesi.info xəbər verir ki, qurultay nəticələrinə əsasən, 1171 səs toplayan Özgür Özəl yenidən partiyanın sədri seçilib.

Ümumilikdə 1323 nümayəndənin səs verdiyi qurultayda 1171-i etibarlı, 105-i isə etibarsız olmaqla səslər qeydə alınıb. Səslərin əksəriyyətini qazanan Özgür Özəl CHP-nin yeni dönəmdə də rəhbəri olacaq.

Gununsesi.info