
“Səbail” və “Turan Tovuz” komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra insident baş verib.
Gununsesi.info xəbər verir ki, qonaq komandanın futbolçuları ilə tovuzlu azarkeşlər atasında münaqişə yaşanıb.
Bu zaman futbolçu Veysəl Rzayev tribunaya qalxaraq, azarkeşlərdən biri ilə mübahisə edib.
Qeyd edək ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Veysəl Rzayev 19-cu dəqiqədə zədəli Rüfət Əhmədovun əvəzinə meydana daxil olub.